Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Bakıda “iPhone 17 Pro” (256 GB) modelinin qiyməti bir çox ölkələrlə müqayisədə xeyli yüksəkdir. Bu cihaz Azərbaycanda təxminən 1 875 ABŞ dollarına satılır, halbuki ABŞ-da bu qiymət 1 181 dollardır. Bu da Azərbaycanda qiymətlərin təxminən 59 faiz daha yüksək olduğunu göstərir.
Minval.info xəbər verir ki, “iPhone 17 Pro”nun ən baha satıldığı ölkə Türkiyədir, burada cihazın qiyməti 2 592 ABŞ dollarına qədər yüksəlir.
Azərbaycanda qiymətlərin bu qədər yüksək olmasının əsas səbəbi nədir? İqtisadçı Natiq Cəfərli bildirir ki, mobil telefonlara tətbiq olunan vergi və rüsumlar bu qiymət fərqinin əsas səbəblərindən biridir. “Telefonların ölkəyə idxalı zamanı 15 faiz gömrük rüsumu və 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir. Bu vergilər ardıcıl qaydada hesablandığı üçün ümumi vergi yükü təxminən 35-36 faizə çatır. Bununla yanaşı, IMEI qeydiyyatı və digər idxal-xidmət xərcləri də son satış qiymətinə əlavə olunur. Nəticədə bütün bu xərclər telefonların Azərbaycanda daha baha satılmasına səbəb olur” deyə iqtisadçı vurğulayıb.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Azərbaycan mobil telefon istehsal edən ölkə olmasa da, idxal olunan hər bir telefondan vergi və rüsumlar hesabına əhəmiyyətli gəlir əldə edir. Bu baxımdan, bazarda qiymətlərin yüksək olmasının əsas səbəbi məhz vergi yükü, gömrük rüsumları və qeydiyyat xərcləridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş
Apple iphone təqdimat strategiyasında inqilabi dəyişikliklər edir