Apple iphone təqdimat strategiyasında inqilabi dəyişikliklər edir
Apple, uzun illərdir davam edən iPhone təqdimat strategiyasında ciddi dəyişikliklər etməyə hazırlaşır. Şirkət, bu ilin payızında keçiriləcək təqdimatda standart iPhone 18 modelini təqdim etməyəcək.
Minval.info xəbər verir ki, yalnız yüksək seqmentə aid modellərin satışa çıxarılması planlaşdırılır. Hələlik, Apple bu barədə rəsmi açıqlama verməyib.
Sənaye mənbələrinin verdiyi məlumata görə, Apple yeni strategiya çərçivəsində iPhone modellərinin təqdimatını iki mərhələyə bölməyi düşünür. Sentyabr ayında iPhone 18 Pro, iPhone 18 Pro Max və şirkətin ilk qatlana bilən iPhone modelinin təqdim olunacağı gözlənilir.
ƏLAQƏLİ
Süni intellektə yatırılan milyardlar Azərbaycanda hansı sahələri dirçəldə bilər
Standart iPhone 18 və daha sərfəli modellərin isə 2027-ci ilin yazında satışa çıxarılması planlaşdırılır. Analitiklər, Apple-ın bu addımla yeni məhsul təqdimatlarını ilin müxtəlif dövrlərinə yayaraq satış tempini daha sabit saxlamağı hədəflədiyini bildirir.
Şirkətin qatlana bilən iPhone modelinin bazara çıxarılmasına hazırlaşdığı üçün təqdimat cədvəlini yenidən qurduğu da vurğulanır. Lakin, bu məlumatlar hələlik yalnız sənaye mənbələri və analitiklərin proqnozlarına əsaslanır.
Əgər bu plan təsdiqlənərsə, Apple-ın uzun illərdir tətbiq etdiyi ənənəvi illik iPhone təqdimat modelində ən böyük dəyişikliklərdən biri baş vermiş olacaq.
ƏLAQƏLİ
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
"ChatGPT" "Google"ın axtarış üstünlüyünə meydan oxuyur
Apple Çində süni intellekt sınaqlarına başlayır, Alibaba ilə əməkdaşlıq edir
İnnovativ texnologiya ilə evlər sürətlə tikilir
Cəmi 20 il qalıb: Bil Qeyts insanlığı təhdid edən xəbəri çatdırdı