Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Apple şirkəti Telegram tətbiqini qısa müddətlik dünya üzrə App Store platformasından silib. Buna səbəb tətbiqdə uşaqların cinsi istismarı ilə bağlı qadağan olunmuş materialların aşkarlanması olub.
Minval.info xəbər verir ki, aparılan yoxlamalardan sonra Telegram müvəqqəti olaraq App Store-dan çıxarılsa da, sonradan yenidən istifadəçilər üçün əlçatan edilib.
Bildirilib ki, Apple tətbiqi yalnız qadağan olunmuş məzmun operativ şəkildə silindikdən və həmin materialı paylaşan istifadəçi bloklandıqdan sonra mağazaya qaytarıb.
Telegram komandası isə baş verənlərə sosial şəbəkədə istehzalı paylaşımla reaksiya verib: “Mənim ölümüm barədə yayılan xəbərlər xeyli şişirdilib.”
Hazırda Telegram tətbiqini App Store vasitəsilə yenidən yükləmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş
Apple iphone təqdimat strategiyasında inqilabi dəyişikliklər edir
“iPhone” istifadəçilərinə vacib xəbər
SON DƏQİQƏ"Facebook" və "Instagram"ın işində qlobal nasazlıq yaranıb
Smartfonda tünd rejimdən niyə imtina etmək tövsiyə olunur?
Elektrikli və hibrid avtomobillər nə qədər bahalaşıb?