OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
OpenAI, “Astra” adlı yeni modelinin inkişafını potensial təhlükəsizlik riskləri səbəbindən müvəqqəti olaraq dayandırıb. Bu qərar, modelin avtonom kodlaşdırma və kibertəhlükəsizlik sahələrində yüksək performans göstərməsi ilə əlaqədar yaranan narahatlıqlardan qaynaqlanır.
Minval.info xəbər verir ki, testlər zamanı “Astra” modelinin mövcud imkanlarının bəzi təhlükələr yarada biləcəyi müəyyən edilib. Şirkət, modelin kritik risk həddinə çatmış ola biləcəyini bildirir və bu səbəbdən daha təcrid olunmuş mühitdə sınaqların davam etdiriləcəyini açıqlayıb.
OpenAI, həmçinin modelin kibertəhlükələrə qarşı istifadəsini daha dərindən araşdırmaq və təhlükəsizlik testlərini gücləndirmək üçün müvafiq qurumlarla əməkdaşlıq edəcəyini bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Volkswagen yeni 12 min dollarlıq elektrikli avtomobil təqdim edib
Süni intellekt gözlər vasitəsilə yaş təyin edə bilər
OpenAI süni intellekt modellərinin təlimini dayandırdı
OpenAI modelləri ABŞ hökumət məlumatlarına girdi və haker cəhdi etdi
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə