Keçmiş MTN rəhbəri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi olmuş Vüqar Mahmudovun əmlaklarının siyahısı üzə çıxıb.

“Minval.info” xəbər verir ki. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o mühakimə olunduğu dövrdə yaşayış evləri, torpaq sahələri və çoxsaylı avtomobillərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsi tərəfindən birbaşa və dolayı yolla Vüqar Mahmudova məxsus üzərinə həbs qoyulan əmlakların siyahısı belə olub:

– İki qeyri-yaşayış sahəsi;

– Buzovnada fərdi yaşayış evi;

– Bülbül prospektində daşınmaz əmlak;

– Bakıda mənzil;

– 1 hektara yaxın torpaq sahəsi;

– Xocəsəndə fərdi yaşayış evi;

– Yasamalda yaşayış evi;

– Səbaildə torpaq sahəsi;

– 2015 model “Jaguar XJ” avtomobil;

– 2014 model “Mercedes Benz E-350”;

– 2014 model “Toyota Camry”;

– 1988 mdoel “QAZ 2410”;

– 1991 model “QAZ 2410”;

– 1955 model “Moskviç 401”;