Vüqar Məmmədovun məhkəməsində "işgüzar nüfuz" davası: Kimlər şikayətçidir?
Bakı Ağır Cinayətlər Məhkəməsində “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. İclasda zərərçəkənlərin nümayəndələri ifadə verib.
Minval.info xəbər verir ki, “Azərlotereya”nın bölmə müdiri E.F, 2022-ci ildən bəri “Hüriyyət TV”də qurumları haqqında həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirib. Bu məlumatların başqa saytlarda da yayıldığını və işgüzar nüfuzlarına zərbə vurduğunu qeyd edib. Buna görə “Hürriyyət TV” ilə müqavilə bağlamaq məcburiyyətində qaldıqlarını və şikayətlərini birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) etdiklərini vurğulayıb.
“Azərsun” Holding-in hüquqşünası N.N isə, 2025-ci ilin yanvarında Holdinqin rəhbərinin vəfatından sonra “Hürriyyət”də şirkətləri haqqında rüsvayedici yazıların artdığını bildirib. Daha əvvəl də şirkətləri ilə bağlı həqiqətə uyğun olmayan yazıların yayımlandığını və “Hüriyyət”lə əlaqə saxlayaraq, bir il ərzində hər ay 600 manat reklam haqqı ödəmək təklifi aldığını, lakin 400 manata razılaşdıqlarını qeyd edib. Bu razılaşmadan sonra mənfi yazıların dayandırıldığını əlavə edib.
ƏLAQƏLİ
Gözəllik salonunda dəhşətli hücum: Tanışını qətlə yetirmək istəyən şəxsə ağır cəza verildi
Müdafiə tərəfinin vəkili, Vüqar Məmmədovun səhhətinin nəzərə alınaraq ev dustaqlığına buraxılması üçün məhkəməyə vəsatət verib. Lakin məhkəmə bu vəsatəti təmin etməyib və növbəti iclasın 14 oktyabr saat 10:00-da keçiriləcəyini elan edib.
Xatırladaq ki, Vüqar Məmmədov 2025-ci ilin oktyabrın 29-da DTX tərəfindən “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirilən əməliyyat zamanı saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci və 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Atasına cavab qaytaran qızın dramı: Barışıq məhkəməni necə dəyişdi?
İş yoldaşını bıçaqlayan ofisiant: "Söyərəm də, vuraram da