26.10.2026 - 15:54
VII Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan mətbuat konfransı keçirildi
Mədəniyyət 157 baxış

VII Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan mətbuat konfransı keçirildi

27–29 oktyabr tarixlərində Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Publika.az xəbər verir ki, oktyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Forumla bağlı mətbuat konfransı təşkil olunub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, beynəlxalq marağın ildən-ilə artdığı bu platforma müxtəlif ölkələrin nümayəndələrini, din xadimlərini, gəncləri, hökumət və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirərək dialoqun və əməkdaşlığın inkişafına töhfə verir. Nazir müavini əlavə edib ki, Forumu 19 ölkədən media nümayəndələri işıqlandıracaq və oktyabrın 29-da iştirakçıların işğaldan azad edilmiş ərazilərə səfəri nəzərdə tutulur.

BMT-nin Sivilizasiyalar Alyansının direktoru xanım Nihal Saad müasir dünyada parçalanmaların artdığı şəraitdə dialoqa ehtiyacın daha da gücləndiyini vurğulayıb. O, Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Forumun yeniliklərindən biri kimi dinlərarası dialoqa həsr olunmuş “Dialoq – ortaq gələcəyə aparan yol xəritəsi” adlı plenar sessiyanı diqqətə çatdırıb.

ICESCO-nun Sivilizasiyalar Dialoqu Mərkəzinin rəhbəri Xalid Fatalrahman Ömər Məhəmməd Forum çərçivəsində yeni konsepsiyalar və müasir problemlərin həlli yollarının araşdırılmasına həsr olunan simpozium keçiriləcəyini bildirib. Mətbuat konfransının sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: