03.10.2026 - 17:17
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Mədəniyyət 4 baxış

Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi

Azərbaycanın Avroviziya təmsilçisi, tanınmış müğənni Dilarə Kazımova yeni ifasını musiqisevərlərə təqdim edib. Bu dəfə o, məşhur “Hisslərim dumanda” mahnısını özünəməxsus tərzdə səsləndirib.

Minval.info xəbər verir ki, sözləri və musiqisi Şəhriyar Ramazanzadəyə məxsus bu əsərin yeni aranjimanı Anar Keytarman tərəfindən hazırlanıb. Dilarə Kazımovanın ifası mahnıya fərqli bir rəng qatıb.

Qeyd edək ki, “Hisslərim dumanda” mahnısı ilk dəfə Əməkdar artist Sevda Ələkbərzadə tərəfindən ifa edilib. Mahnının yeni versiyası isə artıq sənətçinin rəsmi YouTube kanalında və digər rəqəmsal musiqi platformalarında yayımlanıb.

Dilarə Kazımovanın bu ifası musiqi dünyasında maraqla izlənir və dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: