PKK-nın Sincardakı uzantısı İraq ordusuna inteqrasiya edilir
İraq Baş nazirinin hərbi sözçüsü Sabah ən-Numan İraqın rəsmi xəbər agentliyi INA-ya verdiyi açıqlamada, terror təşkilatı PKK-nın Sincardakı uzantısı olan “Şengal Müqavimət Birlikləri” (YBŞ) ilə İraq təhlükəsizlik qüvvələri arasında hərbi əlaqələrin yenidən təşkil ediləcəyini bildirib. Bu proses çərçivəsində YBŞ-nin İraq təhlükəsizlik qurumlarına inteqrasiya olunacağı qeyd edilib.
Minval.info xəbər verir ki, bu addımın Sincar Dağında təhlükəsizlik məsuliyyətinin federal hökumətin səlahiyyətli qurumlarına ötürülməsi ilə həyata keçiriləcəyini deyən Numan, bu qərarın İraq hökumətinin silahların dövlətin nəzarətində toplanması siyasəti çərçivəsində atıldığını vurğulayıb.
Numan, bu tədbirin Sincar rayonunda təhlükəsizlik məsuliyyəti baxımından yeni bir dövrün başlanğıcı olacağını söylədi. O, həmçinin İraq Konstitusiyasının Silahlı Qüvvələrdən kənar hərbi qrupların yaradılmasını qadağan etdiyini xatırladıb.
Bu açıqlamanın ardından, İraq hökumətinə bağlı Təhlükəsizlik Media Şəbəkəsi, Sincardakı hərbi məntəqələrin İraq təhlükəsizlik qüvvələrinə təhvil verilmə prosesinin başladığını elan edib. Bəzi mühüm hərbi məntəqələrin YBŞ-dən alındığı bildirilib.
PKK-nın Sincardakı uzantısı olan YBŞ-nin İraq təhlükəsizlik qüvvələri ilə inteqrasiya prosesinin yalnızca personalı deyil, həm də silahları və hərbi məntəqələri əhatə etdiyi qeyd edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avstriya kansleri Aİ büdcə mübahisəsində veto ilə hədələyir
Avropa Vuçiçin məğlubiyyətinə belə sevinir
Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
PKK-nın Sincardakı qolu silahı yerə qoyaraq İraq ordusuna qoşulacaq
Aİ Serbiyadakı siyasi dəyişiklikləri alqışlayır
Niderland XİN rəhbəri Azərbaycana təşəkkür etdi
Looney Tunes-un məşhur səsi Erik Bauza 46 yaşında vəfat edib