Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində “Azərbaycan musiqisi gecəsi” baş tutub. Tədbir Vatroslav Lisinski Konsert Kompleksində keçirilib və burada həm Azərbaycan, həm də xarici bəstəkarların əsərləri səsləndirilib.
Minval.info xəbər verir ki, konsertdə Azərbaycanın Xalq artisti Tünzalə Ağayeva çıxış edib. O, gecədə Xalq artisti Flora Kərimovanın “Bilməzdim” mahnısını və Elmira Rəhimovanın “Sən yadıma düşəndə” kimi klassik əsərləri ifa edib. Səhnədə Ağayevanı Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyab müşayiət ediblər.
Tədbirdə təqdim olunan ifalar zalda böyük coşqu ilə qarşılanıb. Konserti mədəniyyət naziri Adil Kərimli, Xorvatiyadakı səfirimiz Anar İmanov və hər iki ölkənin hökumət nümayəndələri izləyiblər.
Qeyd edək ki, festivalda Xalq artistləri Ənvər Sadıqov və Tünzalə Ağayeva, həmçinin Əməkdar artist Emil Əfrasiyab, müğənnilər Samirə Əfəndi və Elnur Hüseynov da iştirak ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
Üzeyir Hacıbəyli festivalı musiqi irsini yaşadır
Madonna və Taylor Swift MTV Video Musiqi Mükafatlarında böyük uğur qazandı
Roma şəhərində "Harmoniya" sənədli filmi təqdim ediləcək
Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb
"Həmin gündən düz 47 il keçdi" - Fotolar