20.10.2026 - 14:24
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Mədəniyyət 94 baxış

Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib

Şəki Xan sarayı, 2026-cı ilin ilk 9 ayında 178 minə yaxın turistin maraq mərkəzinə çevrilib. Bu turistlərdən 128 mini saraya bilet alaraq daxil olub, təxminən 50 min nəfər isə ödənişsiz giriş imkanı əldə edib.

Baku.ws-ın məlumatına görə, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli, Şəkiyə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bu rəqəmləri səsləndirib. O, bilet alaraq Xan sarayını ziyarət edənlərin 45 faizinin xarici, 55 faizinin isə yerli turistlərdən ibarət olduğunu qeyd edib.

Qoruq ərazisində tarixi abidələrin bərpası və yeni turizm məhsullarının yaradılması istiqamətində işlər davam etdirilir. Şəki Tarix-Diyarşünaslıq Muzeyində bərpa işləri tamamlanıb. Muzeydə 3 mindən çox eksponat mövcuddur və onların 2 mini ziyarətçilərə nümayiş etdirilir.

Bundan başqa, Şəki şəbəkə emalatxanasında bərpa işləri başa çatdırılıb və muzey kimi fəaliyyətə başlayıb. Emalatxananın ətrafında sənətkarların fəaliyyəti üçün şərait yaradılıb. Şəbəkə ustası Tofiq Rəsulov və tələbələri burada çalışır.

Ağabəyli bildirib ki, qoruq ərazisində digər turizm məkanlarının yaradılması və tarixi tikililərin bərpası da davam edir. XVIII–XIX əsrlərə aid barıt anbarı binasında sənətkarlıq emalatxanası yaradılıb. Hazırda memarlıq muzeyinin yaradılması, Kiş kəndində tarixi məscidin və Şəkidə tarixi hamamların bərpası istiqamətində işlər aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: