Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Elektron siqaretlərin uzunmüddətli təsiri tam araşdırılmasa da, mövcud elmi tədqiqatlar onların sağlamlıq üçün ciddi risklər daşıya biləcəyini göstərir.
Rusiyalı otorinolarinqoloq Mariya Kuprina bildirib ki, əkimin sözlərinə görə, elektron siqaret mayeləri qızdırıldıqda kanserogen maddələr əmələ gətirə, buxarında isə ağır metallar ola bilər. Bu maddələr hava yollarını qıcıqlandırır, xroniki iltihaba səbəb olur və hüceyrələrin DNT-sini zədələyərək ağciyər, qırtlaq və ağız boşluğu xərçəngi riskini artıra bilər.
Mütəxəssis qeyd edib ki, risk istifadə müddəti, intensivliyi və insanın fərdi xüsusiyyətlərindən asılı olaraq dəyişir. O, uzun sürən öskürək, sinə ağrısı və səs batıqlığı kimi əlamətlər yarandıqda həkimə müraciət etməyi, sağlamlığı qorumaq üçün isə elektron siqaretlər və digər tütün məhsullarından uzaq durmağı tövsiyə edib. oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aytən Səfərova Zığdakı antisanitar vəziyyətə etiraz etdi
Bakıda 100 ildən çox yaşı olan binaların yerləşdiyi ərazilər
Azərbaycanda gənclərin məşğulluq səviyyəsi 94 min nəfər azalıb
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Övladına nağıl kitabı aldı, şoka düşdü
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?