Vergilər Nazirliyi "Veysəloğlu" şirkətini cərimələdi - 2 milyonluq maliyyə sanksiyası
Minval.info // Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi şirkətlərində audit yoxlamaları həyata keçirilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə özünün iqtisadi fəaliyyətini həyata keçirib. Yəni, Veysəloğlu Şirkətlər Qrupu məhsullarını satış məqəsdilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin Veysəloğlu Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub.
Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, Veysəloğlu Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Mikayıl Cabbarovu vergilər naziri təyin etməsindən sonra bu sahədə uğurlu islahatlar sürətlə davam edir. Təkcə bu fakt Azərbaycanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ən yüksək iradənin nümayişidir. Bu islahatların bariz nəticəsi odur ki, artıq Azərbaycanda bir sıra böyük şirkətlərin monopolist fəaliyyətlərinə son qoyulur və ölkədə kiçik və orta sahibkarlığın imkanları daha da genişləndirilir.
Eyni zamanda vergilər naziri Mikayıl Cabbarovun vergi sahəsində apardığı bu kimi islahatlar sahibkarlar tərəfindən də təqdir olunur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?