Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər
Son zamanlar Bakıda velosiped və skuterlərin istifadəsində əhəmiyyətli artım müşahidə olunur. Bu nəqliyyat vasitələri qısa məsafələrdə hərəkət və tıxacdan yayınmaq üçün real seçimə çevrilir.
Minval.info xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu sahənin inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürüb. O, bazarda yeni oyunçuların meydana çıxmasının və rəqabətin artmasının xidmət qiymətlərinə təsir göstərə biləcəyini qeyd edir. Lakin əsas diqqət mikromobilliyə olan tələbin sürətlə artmasına yönəlməlidir. İnsanlar artıq bu vasitələri şəhər daxilində hərəkət üçün ciddi alternativ kimi qəbul edirlər.
Ekspertin fikrincə, velosiped və skuterlər üçün nəzərdə tutulan zolaqların zəbt edilməsi və infrastrukturun kifayət etməməsi bu sahənin inkişafını əngəlləyə bilər. Əgər insanlar mikromobilliyə yönəlirsə, onların təhlükəsiz və rahat hərəkəti üçün lazımi şərait yaradılmalıdır. Əks halda müsbət dinamika əngəllənə bilər.
R.Ağamirzəyev əlavə edir ki, mikromobilliyə tələbat artdıqca tələbələr üçün xüsusi güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Xüsusilə “28 May” və “Elmlər Akademiyası” metro stansiyaları ətrafında belə güzəştlər tələbələrin nəqliyyat xərclərini azalda bilər. Bu addım tələbələrin xərclərini optimallaşdırmağa və mikromobilliyin şəhər nəqliyyat sistemində daha geniş istifadəsinə şərait yarada bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Turpaket alarkən diqqət edilməli məqamlar: səyahət kabusa çevrilməsin
Afət Rahilqızının həyat yoldaşı sosial medianın müzakirələrinə cavab verdi
İşsiz vətəndaşlara maddi yardım: Kimlər faydalana bilər?
Pensiyaya çıxanlara birdəfəlik müavinət nəzərdə tutulub
Qaz xərclərini azaltmaq üçün kombi və radiatorların yoxlanması vacibdir
Bloger "Bolt" sürücülərindən narazılığını bildirdi