23.11.2026 - 13:04
ABŞ-dan Ukraynaya dəstək mesajı: Vaşinqton yeni strategiyasını açıqladı
Dünya 229 baxış

ABŞ-dan Ukraynaya dəstək mesajı: Vaşinqton yeni strategiyasını açıqladı

ABŞ Ukraynaya dəstəyin əsas istiqamətlərini müəyyənləşdirib. Bu dəstəyin əsas məqsədi Kiyevə cəbhə xəttini qorumaqda yardım edərək davamlı sülhün əldə olunmasına şərait yaratmaqdır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Kolbinin sözlərinə görə, ABŞ və Avropa Ukraynanın müdafiə imkanlarının artırılmasına xüsusi diqqət yetirməlidir. O vurğulayıb ki, Avropanın rəhbərliyi altında Ukraynanın müdafiəsinə dəstək ön cəbhədə müdafiəni gücləndirməyə yönəlməlidir.

Kolbi əlavə edib ki, dəstəyin ön cəbhədə müdafiə və orta mənzilli zərbələrə cəmləşdirilməsi Ukraynanın müdafiə gücünü artırmanın və davamlı sülh üçün şərait yaratmanın ən effektiv yoludur.

O, son bir həftə ərzində bu mövzu ətrafında bir neçə müzakirənin aparıldığını və ABŞ-ın dialoqu qarşılıqlı hörmət, aydınlıq və reallıq prinsipləri əsasında davam etdirmək niyyətində olduğunu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: