Çində casusluqla məşğul olan dövlət məmuruna ölüm cəzası verildi
Çində dövlət sirlərini qoruma idarəsi ilə əlaqəli sosial media hesabından verilən məlumata görə, “Ma” soyadlı bir məmur casusluqda ittiham edilərək ölüm cəzasına məhkum edilib. Bu şəxs, “gizli” və “xüsusi” xarakterli məlumatlar daxil olmaqla, 100-dən çox kəşfiyyat məlumatını xarici ölkəyə ötürməkdə günahlandırılıb.
Minval.info xəbər verir ki, Ma-nın siyasi hüquqlarının əlindən alındığı və onun şəxsi mülkünün müsadirə edildiyi də qeyd olunub. Lakin onun hansı nazirlikdə çalışdığı və məlumatları hansı ölkənin kəşfiyyat orqanına ötürdüyü barədə məlumat verilməyib.
Paylaşımda bildirilir ki, Ma, “A” adlanan ölkədə çalışarkən “B” adlanan üçüncü ölkənin kəşfiyyat agenti ilə əlaqə qurmuşdur. “Kailin” adlı şəxs Ma ilə əlaqəni inkişaf etdirmək və Çin dilini öyrənmək bəhanəsi ilə mütəmadi olaraq görüşmüş və bu əlaqələr üçün pul ödəmişdir.
Bundan əlavə, Ma və Kailin arasında müzakirələrin siyasi həssas mövzulara və aktual beynəlxalq məsələlərə yönəldiyi vurğulanıb. Kailin Ma-dan Çinin həmin ölkədəki diplomatik nümayəndəlikləri haqqında ətraflı məlumat istəmiş və Ma bu məlumatları ona vermişdir.
Ma, “gizlilik” və “sadiqlik” təminatları ilə bir “əməkdaşlıq müqaviləsi” imzalamış və aylıq maaşla yanaşı, verilən tapşırıqları icra etmişdir. O, gecələr özəl dizüstü kompüterlə gizli internet saytları vasitəsilə xarici kəşfiyyatçılara məlumat ötürmüşdür. Bu müddət ərzində o, 1 milyon yuandan çox pul almışdır.
Çinli dövlət məmurlarına, bu hadisədən nümunə götürərək sosial həyatlarını və dost çevrələrini “təmizləmələri” tövsiyə olunub. Xarici kəşfiyyat qurumlarının “qadın tələsi” kimi metodlardan istifadə edərək aldatma və məcbur etmə cəhdlərinə qarşı diqqətli olmaq çağırışı edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da Demokratlar 1992-dən bəri ən böyük qələbəni qazandı
Böyük Britaniya və Aİ arasında yeni iqtisadi anlaşma müzakirə olunur
ABŞ-dan Ukraynaya dəstək mesajı: Vaşinqton yeni strategiyasını açıqladı
Süni intellekt səyahət və turizmi necə dəyişəcək?
ABŞ və İran arasında gərginlik artdı, Liviya BMT-yə şikayət etdi
1,3 milyon miqrant Avropa İttifaqına üz tutacaq