23.11.2026 - 14:14
Keçmiş nazirdən İrəvana mesaj: 1918-ci ilin sərhədləri gündəmə gətirildi
Siyasət 113 baxış

Keçmiş nazirdən İrəvana mesaj: 1918-ci ilin sərhədləri gündəmə gətirildi

Publika.az-ın məlumatına görə, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla danışıqların tarixi və hüquqi əsasları barədə əhəmiyyətli açıqlama verib. O, sosial şəbəkədə etdiyi paylaşımda İrəvanda səsləndirilən revanşist çağırışlara da toxunub.

Zülfüqarov bildirib ki, Ermənistan parlamentindəki müzakirələr nəticəsiz qalacaq və referendum keçirilməyəcək. Onun fikrincə, əgər referendum baş tutarsa, bu, yalnız cəmiyyətin revanşist meyllərini göstərmək məqsədi daşıyacaq.

Keçmiş nazir vurğulayıb ki, 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktına görə, Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Bu, Zəngəzurun və digər ərazilərin Azərbaycan torpaqları olduğunu göstərir. O, həmin ərazilərin bolşevik hakimiyyəti tərəfindən qanunsuz olaraq Ermənistan SSR-ə verildiyini qeyd edib.

Zülfüqarov əlavə edib ki, Ermənistan Alma-Ata Bəyannaməsinin prinsiplərini tanımırsa, danışıqlar Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat Respublikası arasındakı sərhədlər əsasında davam etməlidir.

Keçmiş nazirin paylaşımında, süni intellektdən əldə etdiyi məlumatlara əsasən, Ararat Respublikasının 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasının dağılmasından sonra elan edildiyi və 1920-ci ilin sonlarına qədər mövcud olduğu bildirilib. 1918-ci il Batum müqaviləsinə əsasən, bu respublikanın ərazisi təxminən 11-12 min kvadratkilometr olub və İrəvan şəhəri Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən güzəştə gedilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: