Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyununu keçirdi
Baku.ws-ın yazdığına görə, Misli Premyer Liqasının XII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün xüsusi bir əhəmiyyət kəsb edib. Təcrübəli mütəxəssis bu turda karyerasında 900-cü dəfə baş məşqçi kimi meydana çıxıb.
Peşəkar Futbol Liqasından verilən məlumata əsasən, “Kəpəz”lə qarşılaşma Qurban Qurbanovun “Qarabağ” klubunda 850-ci, ümumi karyerasında isə 900-cü oyunu olub. O, “Neftçi” klubunda 38, Azərbaycan milli komandasında isə 12 matçda baş məşqçi olub.
Qurbanovun 900 oyunluq karyerasında 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si isə avrokuboklarda keçirilib. Bu müddətdə komandaları 520 dəfə qələbə qazanıb, 208 dəfə heç-heçə edib və 172 dəfə məğlub olub.
“Qarabağ”la keçirdiyi 850 oyundan 570-i Premyer Liqada, 80-i kubokda, 200-ü isə qitə kuboklarında baş tutub. Bu oyunlarda komandası 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət əldə edib.
Qeyd edək ki, Qurbanovun Premyer Liqadakı debütü 2006-cı ilin avqust ayına təsadüf edib. O, “Neftçi”nin baş məşqçisi kimi “Gənclərbirliyi” qarşısında ilk oyununa çıxıb və 2008-ci ildə “Qarabağ”la “Bakılı”ya qarşı ilk oyununu keçirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünyanın ən bahalı futbolçuları açıqlandı
Eminin fotosu Nyu-Yorkun məşhur meydanında nümayiş etdirildi
İmaməddin Xəlilov dünya çempionatında bürünc medal aldı
22 yaşı olsa da, 30 milyona yaxın qiyməti var
Azərbaycan Premyer Liqasında bu gün iki maraqlı oyun keçiriləcək
"Barselona"nın Bakıya gəliş tarixi məlum oldu