23.11.2026 - 12:04
Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi
Sosial 181 baxış

Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi

Baku.ws-ın məlumatına görə, Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda mühüm dəyişiklik edib. Bu dəyişiklik nəticəsində şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməyəcək.

Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən həyata keçirilir. Bu göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilir və altsistemə ötürülür. Göndərişin qəbulundan sonra bütün məlumatlar adsızlaşdırılır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir.

TSEK, göndərişdəki məlumatlar əsasında 10 iş günü ərzində əlilliyi qiymətləndirir və qərar qəbul edir. Əlavə araşdırma tələb olunarsa, bu müddət 15 iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri qiymətləndirmə ilə bağlı rəylərini xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə təsdiqləyirlər.

Əvvəllər, əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların qəbul edilməsi və şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının sistemə daxil edilməsi tələb olunurdu. Lakin yeni dəyişikliklə bu tələb ləğv edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: