23.11.2026 - 13:34
ABŞ-da Demokratlar 1992-dən bəri ən böyük qələbəni qazandı
Dünya 94 baxış

ABŞ-da Demokratlar 1992-dən bəri ən böyük qələbəni qazandı

ABŞ-da keçirilən seçkilərdə Demokratlar, Konqresin hər iki qanadında üstünlük əldə edərək tarixi bir qələbə qazandı. Temsilciler Meclisi’nde Demokratlar 44 mandat artışı ilə 258 yerə sahib oldular, Respublikaçılar isə 44 mandat itirərək 173 yerdə qaldılar.

435 yerli Temsilciler Meclisi’nde hələ də 4 seçki bölgəsinin nəticəsi məlum deyil. Minnesota və Tennessi ştatlarında səslərin sayılması davam edir, Luizanada isə dekabr ayında ikinci tur səsvermə keçiriləcək.

Minval.info xəbər verir ki, Senatda isə seçkiyə daxil olan 35 yerin sayılması tamamlanıb və Demokratlar 9 mandat artışı ilə 100 üzvlü məclisdə 56 yerə sahib olublar. Demokratlar Texas, Ohayo, Kanzas, Şimali Karolina, Cənubi Karolina, Ayova, Meyn, Missisipi və Alyaska ştatlarında Respublikaçılardan 9 mandatı ələ keçiriblər. Respublikaçılar Senatda 44 yerə geriləyib.

Demokratların bu qələbəsi, onlara Donald Trampın prezidentliyinin son iki ilində idarəetmə gündəmini əngəlləmək və korrupsiya iddialarını araşdırmaq səlahiyyəti verir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: