23.11.2026 - 13:54
Azərbaycan və Özbəkistan hərbçilərinin iştirakı ilə təlim keçirilir
Hərbi xəbər 206 baxış

Azərbaycan və Özbəkistan hərbçilərinin iştirakı ilə təlim keçirilir

Publika.az-ın məlumatına görə, Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, “Məharət – IV” adlı kompüter dəstəkli birgə komanda-qərargah təlimi həyata keçirilir.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu təlim Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində baş tutmaqdadır və burada hər iki ölkədən 100-dən çox hərbi qulluqçu iştirak edir.

Təlimin əsas məqsədi Azərbaycan və Özbəkistan arasında hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı möhkəmləndirmək, komandirlərin hərbi qərarvermə bacarıqlarını inkişaf etdirmək, qərargah fəaliyyətləri və əməliyyatların planlaşdırılması üzrə təcrübə mübadiləsi aparmaqdır.

“Məharət – IV” təlimləri noyabrın 28-dək davam edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: