Vaqif Mustafayev sənədli film festivalının münsiflər heyətinə rəhbərlik edəcək
Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinə rəhbərlik edəcək.
Minval.İnfo xəbər verir ki, Türk Dünyası Qəzetçilər Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.
İlk dəfə 2016-cı ildə təşkil edilən festivala “5 ölkə, 7 şəhər, 1 festival” devizi ilə start verilib. Ötən il festivalın əhatə dairəsi bir qədər genişlənərək 6 ölkəyə və 13 şəhərə çatıb. Bu il isə Türk Dünyası Sənədli Filmlər Festivalında 7 ölkənin iştirakı nəzərdə tutulur və artıq film seçimi başlayıb.
Festival 2018-ci il oktyabrın 2-dən noyabrın 10-dək davam edəcək.
Qeyd edək ki, təkcə ölkəmizdə deyil, həmçinin beynəlxalq kino aləmində böyük nüfuza malik rejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin avqustun 28-də yubileyidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Vaqif Mustafayev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi