Vaksin vurduran xanımlar hamilə ola bilərmi? - TƏBİB-dən AÇIQLAMA
Dünyada vaksinasiya prosesi getdiyi kimi ölkəmizdə də peyvəndlənmə həyata keçirilir. Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 367 min 094-ə bərabərdir.
BAKU.WS xəbər verir ki, vaksinasiya prosesi ilə bağlı bəzi iddialar geniş müzakirələrə səbəb olub.
Bunların arasında vaksin vurduran şəxslərin 6 ay müddətində ailə planlaşdırmasına yol verməməsi ilə bağlı tövsiyyələr də var. Bu tövsiyyələr həm qonşu ölkələr, həm də dünya mediasında yayımlanıb və müzakirələrə səbəb olub. İddiaların nə qədər həqiqəti əks etdirməsini dəqiqləşdirmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərdik.
Qurumun mətbuat xidmətindən BAKU.WS-ə daxil olan məlumatda qeyd edilib ki, Azərbaycanda “Covid 19” əleyhinə istifadə olunan vaksinlərin istifadə qaydalarında (istehsalçı şirkət tərəfindən verilən istifadə qaydaları) hamiləliyin planlaşdırılması haqqında və ya vaksin vurdurduqdan sonrakı müddətdə hamiləliyin planlaşdırılması barədə hər hansı məlumat əksini tapmayıb. Lakin hamiləliyi planlaşdıran şəxs vaksin vurdurmamışdan öncə ginekoloq məsləhəti almalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır