ÜST: “Omicron ştamının daha yoluxucu olmasına dair sübutlar yoxdur”
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) hələ ki, COVID-19 infeksiyasının Nu ştamının (Omicron) koronavirusun digər variantlarından daha yoluxucu olduğuna dair məlumat və sübutlar yoxdur.
Minval.info xəbər verir ki, bu barədə qurumun Cenevrədəki mənzil-qərargahı məlumat yayıb.
Qeyd olunub ki, Omicronun AY.4.2 delta növü də daxil olmaqla digər variantlarla müqayisədə daha yoluxucu (yəni insandan insana daha asan ötürülməsi – Red) olub-olmadığı hələ aydın deyil. Eyni zamanda ÜST tərəfindən Cənubi Afrikada yoluxma sayının artmasının Omicronla bağlı olub-olmamsı istiqamətində epidemioloji tədqiqatlar davam etdiriləcək.
Xatırladaq ki, Cənubi Afrika Respublikası və Botsvanada yeni növ koronavirusun çoxlu sayda mutasiyaya uğramış “B.1.1.529” adlı yeni variantı aşkar edilib. “Super variant” olaraq xarakterizə edilən növün 32 mutasiyaya sahib olduğu bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkimlərdən həyati əhəmiyyətli xəbərdarlıq
Gömrük Komitəsi "donuz qripi" ilə bağlı məlumat yayıb
Azərbaycanda 9 yaşa qədər 66 uşaq koronavirusa yoluxub
UROANDROLOGİYA Laboratoriyası
Ən çox qida zəhərlənməsi dönər və qarpızdan baş verib