ÜST-nin Baş direktoru: “Növbəti böhrana hazırlaşmalıyıq”

“ÜST-nin məqsədi bu il ərzində bütün dünya ölkələrində əhalinin ən azı 40 faizinin peyvənd olunmasıdır”.
Minval.info-nun xəbərinə görə, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumuna göndərdiyi videomüraciətində deyib.
“Biz bundan sonra da növbəti böhrana hazırlaşmalıyıq. Bizim səhiyyə sistemlərimiz daha müvafiq olmalıdır. Ən zəngin və inkişaf etmiş dövlətlər belə bu xəstəlikdən qorunmayıb. Bu pandemiya bir daha göstərdi ki, sağlamlıqla bağlı olan məsələ həmişə diqqət mərkəzində olmalıdır. Biz səhiyyəyə, ilkin xidmətlərə ayrılan vəsaitləri artırmalıyıq. Biz qlobal çərçivədə xüsusi maliyyə çərçivəsi yaratmalıyıq”, – o bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!