ÜST Azərbaycan hökumətinə karantin rejiminin sərtləşməsi ilə bağlı tövsiyə verib? - AÇIQLAMA
ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusun “Delta” ştammının aşkarlanmasından sonra təmsil etdiyi qurumun Azərbaycan hökumətinə karantin rejiminin sərtləşməsi ilə bağlı tövsiyə verib-vermədiyini açıqlayıb.
“Minval.info” APA-ya istinadən xəbər verir ki, H. Harmancı jurnalistlərə açıqlamasında bildirib ki, vacib olan peyvənd vurdurmaq, gigiyenik qaydalara əməl etmək və qapalı, insan çox olan məkanlarda maska taxmaqdır:
“Onun xaricində hökumətə karantin rejiminin sərtləşməsi ilə bağlı tövsiyə verməmişik. Bu məsələlərlə bağlı Operativ Qərargah qərar verir.
Önəmli olan koronavirusa yoluxma sayları artdıqca insanların da qorunma üsullarını gücləndirməsidir. Hər kəs nə etmək lazım olduğunu bilir.
Bunları etsək, özümüzü qoruya bilərik. İndi “Delta” gəlib, ardınca başqa bir ştamm gələcək. Bunlar gəlməyə davam edəcək.
Bütün dünyada peyvəndləmə faizi yüksəyə çatana qədər özümüzü ancaq belə qoruya bilərik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezidentdən ÇAĞIRIŞ: "Biz sülh danışıqlarına hazırıq"
Masallıdakı partlayışda xəsarət alan ev sahibi və arvadı xəstəxanda ölüb
Xoşqədəm canlı efirdə kövrəldi: “Ac idim, düyü qaynadıb yeyirdim”
Gəncə hadisələrinə görə 61 nəfər həbs olunub, 4 nəfər məhv edilib
"Araz market"in əməkdaşı iş başında bıçaqlandı