Useyn Bolt Avstraliya klubundan ayrılıb
Yamaykalı sprinter və 8 qat olimpiya çempionu Useyn Bolt futbolçu karyerasına başladığı Avstraliyanın “Sentral Kost Mariners” klubunu tərk edib.
“Report”un məlumatına görə, 32 yaşlı idmançı 8 həftəyədək məşq etdikdən sonra komandadan ayrılıb.
Klubun sahibi Maykl Çarlisvort bildirib ki, Boltla anlaşma əldə edə bilməyiblər. Lakin o, məşhur idmançı ilə çalışmaqdan şərəf duyduqlarını vurğulayıb.
Daha əvvəl Malta “Valletta”sı təcrübəli atletlə 2 illik müqavilə bağlamaq istəyib. Lakin Bolt təklifi rədd edib. “Sentral Kost Mariners”ə keçənədək o, Almaniyanın “Borussiya” (Dortmund) və Norveçin “Strömqodset” komandalarının heyətində məşq edib.
Qeyd edək ki, Useyn Bolt idmançı karyerasını 2017-ci il avqustun 14-də başa vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo müsəlman ölkəsinə 1,5 milyon bağışladı
“Beşiktaş” klubuna yeni prezident seçilib
Messi primerada 6000-ci qolu vurdu - VİDEO
Messi "Barselona"dan ayrılır
"Neftçi" futbolçusunu icarəyə verib
"Yuventus" daha bir ulduzu "Real"ın əlindən alır - Foto
"Liverpul" və 1xBet əməkdaşlıq müqaviləsini bağlayıblar