Uşaqlara işgəncə verilən bağçanın müdirəsi polis bölməsinə aparıldı
Nazirlik: Bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızıq
2015-ci il noyabr ayının 2-dən etibarən bağçalara lisenziyanı İqtisadiyyat Nazirliyi ASAN Xidmət vasitəsi ilə verməyə başlayıb.
Bunu Real-a açıqlamasında İqtisadiyyat Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində, nazirlik uşaqların Firuzə Tağıyeva adlı müəllim tərəfindən döyüldüyü “Kids Studio Uşaq Mərkəzi” adlı bağçaya lisenziya verməyib.
Abbas Əliyev qeyd edib ki, nazirlik bağçanın hansı əsaslarla fəaliyyət göstərdiyindən məlumatsızdır.
Real-ın əldə etdiyi son məlumata görə, “Kids Studio Uşaq Mərkəzi”nin müdiri Nigar Müseyibov Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə aparılıb.
Azxeber.com saytı Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıb.
Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev zəlzələ ilə bağlı sərəncam imzaladı
Volodimir Zelenski Avropa ölkələrinə xəbərdarlıq edib
Qazi və şəhid ailələrin probleminin bir həll yolu var, amma...
Başı qırxılan qadının anası DANIŞDI - Gözlənilməz açıqlama
Azərbaycanlı “Kedicik”lər Türkiyə səfirliyinə müraciət etdilər (FOTO/VİDEO)
Rayona getmək istəyənlərin icazə almaq QAYDALARI
“Azəriqaz” rəhbəri haqda prezidentə elə bir dosye verilib ki...