Uşağı olmadığı üçün evdən qovulan ailə: “Anam dedi ki, toy edib pulumu yığıram” - VİDEO
ARB TV-nin “Sirdaş Rövşanə” proqramına növbəti müraciət gənc ailədən gəlib.
İki ildir ailə quran Kürdoğlu və Nazlı cütlüyünün uşağı olmadığı üçün oğlanın ailəsi onları evdən qovub. Onlar kirayə yaşayır və yaşayış səviyyələri olduqca aşağıdır.
Kürdoğlunun sözlərinə görə ailəsinin onu atmasının əsas səbəbi evdəkilərin istəmədiyi birinin almasıdır:
ƏLAQƏLİ
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
“Məni başqasıyla evləndirmək istəyirlər. Mənə dedilər ki, gedib xəstə almısan, onun uşağı olmayacaq. Ömür boyu ayrılmayacam. Onu birdəfəlik almışam. Uşağım olmasa da ayrılmayacam. Sadəcə mənə ev versinlər ki, gedib işləyim ailəmi saxlayım. Anam deyirdi ki, toy edib mən pulumu yığıram. Toydan sonra səni çıxaracam”.
Nazlı isə bildirib ki, toya qədər ailə ilə münasibət normal olub.
“Toydan sonra dəyişildilər. Qayınatamla yaxşı idi, amma qayınanam ancaq qızlarına tərəfdir. Oğlunu da düşünsün. Bəlkə problem məndən yox, oğlundandır. Zülmlə gedir pul qazanıb gətirir. Adicə bu evə 60 manat pul veririk”.
https://www.youtube.com/watch?v=4aJI7Sddmk8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər