25.06.2018 - 20:18
İdman 5 baxış

Uruqvay millisi “ev sahibini” darmadağın etdi

Rusiyada Futbol üzrə dünya çempionatının 3-cü turu start götürüb.

Minval.info xəbər verir ki, A qrupunda parallel olaraq iki oyun keçirilib.

“Volqoqrad Arena”da Səudiyyə Ərəbistanı yığması Misirlə münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Matç 2-1 hesabı ilə Səudiyyə Ərəbistanı yığmasının xeyrinə başa çatıb.

Qollar: Salah (22-ci dəq.), Əl-Fərəc (45+2 dəq.), Saleh Əl-Dosari  (90+4 dəq)

Samaranın “Kosmos” stadionunda eyni vaxtda başlayan oyunda isə ev sahibi olan Rusiya Uruqvay millisi ilə üzləşib.  Matçda 3-0 hesabı ilə Uruqvay millisi qalib gəlib.

Qollar: Luiz Suares (10-cu dəq.), Laskalt (23-cü dəq.), Kavani (90-cı dəq)

Beləcə son turdan sonra yekun nəticələrə görə, Uruqvay 9 xalla qrupdan birinci, Rusiya  6 xalla xalla ikinci yerdə çıxıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: