Ürək sağlamlığı üçün ən faydalı balıq növləri açıqlandı
Ürək-damar sağlamlığını qorumaq üçün bəzi balıq növlərinin xüsusi əhəmiyyət daşıdığı məlum olub.
Minval.info xəbər verir ki, dietoloq Angel Lyuk “Tasting Table” nəşrinə verdiyi açıqlamada, ürək üçün faydalı olan balıqların siyahısını təqdim edib.
Omeqa-3 yağ turşularının ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayan mütəxəssis, bu turşuların siyənək və qızılbalıqda yüksək miqdarda olduğunu bildirib. Təxminən 100 qram bişmiş balıqda 2150 milliqrama qədər omeqa-3 yağ turşusu mövcuddur.
Dietoloq, balıqdakı eykosapentaen və dokosaheksaen turşularının periferik arteriya xəstəlikləri və digər ciddi ürək-damar problemlərinin riskini azaltmağa kömək etdiyini qeyd edib.
Bundan əlavə, omeqa-3 yağ turşularının iltihabi prosesləri azaltmaqla yanaşı, hamiləlik dövründə və körpələrin beyin və göz inkişafını dəstəklədiyi də vurğulanıb. Sardina və skumbriya da bu faydalı maddələrlə zəngindir, lakin qızılbalıq və siyənəklə müqayisədə omeqa-3 miqdarı daha azdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın