"Universitet elminə ümid bəslənilmir, inam göstərilmir...” - Rektor
“Elmi dərəcələr sovet dönəmində iki pilləli idi: elmlər namizədi və elmlər doktoru. Müstəqillik illərində “elmlər namizədi” “fəlsəfə doktoru” ilə əvəz edildi. Amma elmi dərəcələr eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmaqdadır”.
Bakupost.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.
Rektor bildirib ki, sovet dönəminin fərqli xüsusiyyətlərindən biri də ali təhsil sisteminin elmdən “ayrılması” idi. Elm əsasən Elmlər Akademiyasında və tabe olduqları nazirliklərin sahəvi institutlarında inkişaf edirdi: “Universitet elminə ümid bəslənilmir, inam göstərilmir və elmi fəaliyyətə ayrıca olaraq maliyyə vəsaiti ayrılmırdı. Bu gün də bu yanaşma tətbiq edilməkdə davam edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu