“Ümid edirik ki, Əli İnsanov, Taleh Bağırzadə də əfv olunar”
“Biz 30 ildir ki, siyasi məhbus məsələsi ilə məşğuluq. Bu müddət ərzində bizim siyahıdan müxtəlif illərdə 716, 300, 150 nəfər də azadlığa çıxıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”ın canlı efirində çıxış edərkən deyib.
O bildirib ki, bu gün Qarabağ məsələsi qabaqda ola-ola Avropa Şurasından siyasi məhbus məsələsi ilə bağlı gələn sözləri qəbul edə bilmirik: “Ona görə də Azərbaycanda siyasi məhbus məsələsi ortadan qalxsın deyə, ölkə başçısına da məktub yazmışıq. Əfv Komissiyasına da siyahı vermişik. Dilimizin uzun olması üçün siyasi məhbus məsələsi qurtarmalıdır”.
N. Cəfəroğlu qeyd edib ki, siyahılarında jurnalistlər, bloggerlər, nidaçıların adları var: “Həmçinin Nardaran hadisələrində tutulanların da adları var. Biz ümid edirik ki, bu dəfə Əli İnsanov, Taleh Bağırzadə kimi şəxslər də azadlığa çıxa bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi