Dortmundun “Borussiya” klubunun hücumçusu Erlinq Holland, Avropa nəhəngləri üçün ləzzətli bir tikə kimidir. Gənc hücumçunu əldə etmək uğrunda əsl müharibə gələn ilin yayında başlayacaq.

Minval.info-nun xarici mediaya istinadla verdiyi xəbərə görə, 2020 -ci ilin yayından etibarən Hollandın “Borussiya” ilə müqaviləsində təzminat maddəsi aktivləşdirilib və cəmi 50 milyon avro təşkil edir.

“Transfermarkt”ın 21 yaşlı norveçlini 130 milyon avro dəyərində qiymətləndirdiyini nəzərə alsaq, bu, cüzi bir məbləğdir. Yalnız PSJ-dən Kilian Mbappenin ondan daha bahalı olduğu təxmin edilir (160 milyon avro).

“Bavariya”nın idarə heyətinin keçmiş sədri Karl-Haynz Rummenigge, Hollandın futbolçuya daha çox məbləğ təklif edən kluba gedəcəyinə inanır.
“Əsl hərrac olacaq. Hollandın alış məbləğinin artıq müəyyən edildiyini nəzərə alsaq, oyunçu ən yüksək maaş təklif edən tərəfə transfer olunacaq. Bunun “Bavariya”, yaxud Bundesliqanın digər klubu üçün məqbul olacağını düşünmürəm”, – Rummenigge söyləyib.

Hücumçu bu mövsüm “Borrusiya”nın heyətində artıq 6 oyun keçirib və 8 qol vurub.

Norveçli ümumilikdə Almaniya klubunda keçirdiyi 65 oyunda elə bu qədər də qol vurmağı bacarıb. Fenomenal nəticədir.