Ukraynadan Fransaya gözlənilməz dəstək: Yanğınsöndürənlər yola çıxdı
Ukrayna, Avropa İttifaqına yardım edən ölkələr sırasına ilk dəfə daxil olaraq, Fransaya dəstək göndərib.
Minval.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlama verib. Onun bildirdiyinə görə, 70 nəfərlik ukraynalı yanğınsöndürən heyəti, Fransada baş verən geniş miqyaslı meşə yanğınlarına qarşı mübarizəyə qatılmaq üçün yola çıxıb.
“Ukrayna, müharibənin davam etməsinə baxmayaraq, Avropa ölkələrinə insan həyatını xilas etməkdə yardım edir. Bu, həqiqi birlik və dostluğun göstəricisidir. Ukrayna hər gün bizim aramızda yer aldığını sübut edir,” – deyə Ursula fon der Leyen vurğulayıb.
Qeyd edək ki, Fransada bir neçə gündür ki, güclü meşə yanğınları davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş