Ukrayna ordusu dörd kəndi geri alıb
Ukrayna ordusu Xerson yaxınlığındakı iki və Vısokopolye yaxınlığındakı daha iki kəndi Rusiya hərbçilərindən azad edib.
Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.
Məlumata görə, Ukrayna qoşununun əməliyyatı gecə saatlarında Rusiya hərbçilərinin mövqelərinin ön və arxa tərəfin kütləvi atəşə tutulması ilə başlayıb.
“Hücumun əsas istiqaməti Pravdino üzərində idi. Biz onların “DXR” və “LXR”-dən olan piyadalarını vurduq, qaçdılar. Rusiya qoşunlarının hərbçiləri onların arxasınca qaçdılar”, – mənbə agentliyə deyib.
Qeyd edilir ki, Ukrayna hərbçiləri üç mövqedə Rusiya qoşunlarının müdafiəsini yarıb və dörd yaşayış məntəqəsini azad edib.
Həmin kəndlər Novodmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdinodur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2026-cı ilin avqustu: İqlim rekordları qırıldı
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur