Ukrayna hərbi gəmiləri Rusiya sahillərinə doğru yola çıxıb
Ukrayna hərbi gəmiləri Rusiya sahillərinə doğru yola çıxıb
Minval.İnfo xəbər verir ki, Ukraynada 2014-cü ildə baş verən vətəndaş müharibəsi zamanı qarşıdurma təhlükəsi olan Ukrayna və Rusiya arasında yenidən gərginlik ortaya çıxıb. Ukrayna Müdafiə Nazirliyinə aid 2 ədəd döyüş gəmisi Rus sahillərinmə doğru yola çıxıb. 2013-cü ildən bu yana ilk dəfə Ukrayna hərbi gəmiləri Rus sahillərinə doğru üzüb.
Ukraynadan yola çıxan gəmilər Kerç boğazını keçərək Krım körpüsünə qədər üzüb. Rusiya sahil müdafiə hissələri tərəfindən nəzarədə tutulan Ukrayna gəmilərinin bu fəaliyyəti iki ölkə arasında gərginliyə səbəb olacağı gözlənilir.
Ukrayna və Rusiya mediasında davamlı olaraq verilən son dəqiqə xəbərləri müharibə təhlükəsinin olduğundan xəbər verir.
Krımın Rusiya tərəfindən işğalından sonra əldə olunan atəşkəs razılaşmasından sonra ilk dəfə belə bir gərginlik baş verib.
Rus politoloqlar Ukrayna ordusunun bu fəaliyyətinin arxasında xüsusi strategiya olduğunu, hərbi gəmilərin məqsədyönlü şəkildə Rusiya sahillərinə doğru üzdüyünü bildirib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü