Uels millisi Bakıya 1000 nəfərlə gəlir
2020-ci il Avropa çempionatının qrup mərhələsində ilk iki oyununu Bakıda keçirəcək Uels millisi paytaxtımızda dəstəksiz qalmayacaq.
“Qafqazinfo” xəbər verir ki, təxminən 1000 uelsli fanatın yığmaya dəstək olmaq üçün Bakıya gəlməsi gözlənilir. Onların koronavirus pandemiyası ilə bağlı bütün tələbləri yerinə yetirməyə hazır olduğu vurğulanıb.
Uels Futbol Federasiyası isə azarkeşlərdən Azərbaycan və İtaliyada keçiriləcək AVRO-2020 oyunlarına səyahətlə bağlı İngiltərə hökumətinin xəbərdarlıqlarına qulaq asmağa çağırıb. İki ölkə Uels və İngiltərə hökumətlərinin sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısında olduğu üçün azarkeşlərin Azərbaycan və İtaliyaya getməməsi tövsiyə olunub.
Qeyd edək ki, Uels yığması iyunun 12-də İsveçrə, 16-da Türkiyə ilə Bakı Olimpiya Stadionunda, ayın 20-də İtaliya ilə Roma Olimpiya Stadionunda üz-üzə gələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?