UEFA "Qarabağ"ı cərimələdi
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Ukraynada “Vorskla” və “Qarabağ” komandaları arasında keçirilmiş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında baş verənlərlə bağlı qərarını açıqlayıb.
Qurumun mətbuat xidmətindən “Report”a verilən eksklüziv məlumata görə, görüşdən sonra açılmış intizam işi əsasında hər iki kluba 20 min avro cərimə kəsilib. Səbəb oyun zamanı həm “Vorskla”, həm də “Qarabağ” azarkeşlərinin fişənglər yandıraraq, meydana atmaları olub.
Qeyd edək ki, noyabrın 8-də “Qarabağ”la ev oyununun 50-ci dəqiqəsində Ukrayna klubunun fanatları fişənglər yandıraraq, meydana atıblar. Bu səbəbdən, görüş 4 dəqiqə dayandırılıb. 65-ci dəqiqədə isə eyni hal azərbaycanlı tərəfdarların olduğu sektorda yaşanıb. Bu dəfə isveçrəli baş hakim Sandro Şörer komandaları paltardəyişmə otağına göndərib. 8 dəqiqə sonra bərpa olunan qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkiyənin FIFA referilərinin kateqoriyaları dəyişdirilib
Rafael Ağayev yarımfinala yüksəldi, bürünc medalı təmin etdi
“Sportinq”in baş məşqçisindən “Qarabağ”la bağlı önəmli açıqlama
"Barselona" türk futbolçunu 100 milyona transfer edə bilər
Roman Saley: "Qələbələrimi qalib Azərbaycan xalqına həsr edirəm"
"Barselona" La Liqa tarixində yeni rekorda imza atıb
"Liverpul" və 1xBet əməkdaşlıq müqaviləsini bağlayıblar