Türkiyənin heç kimə satmadığı raketlər Azərbaycan ordusunda - Düşmənlərə gözdağı (FOTOLAR)
Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) Türkiyənin “ROKETSAN” şirkətindən SOM qanadlı raketləri alıb.
Minval.info xəbər verir ki, HHQ-nin silahlanmasında yer alan SOM raketi ilk dəfə Azərbaycan Ordusunun 100 illik yubiley paradında nümayiş etdiriləcək.
Azərbaycanın SOM-B1 modifikasiyasını əldə etməsinə Türkiyə mediasında da geniş yer verilib. Çünki Azərbaycan SOM raketinin ilk xarici istifadəçisi hesab edilir. Bu günə kimi Türkiyə bu raketləri heç kimə satmayıb.
Quru və dəniz hədəflərinə qarşı istifadəsi nəzərdə tutulan SOM ailəsinə aid SOM-B1 raketinin döyüş başlığı 230 kq, atış mənzili 250+ km təşkil edir. Bu da HHQ-nin döyüş təyyarələrinə düşmənin HHM sisteminin təsir zonasına girmədən, cəbhənin dərinliklərindəki hədəflərini yüksək dəqiqliklə məhv etməsinə imkan verir.
Səsaltı sürətə sahib, uzun mənzilli SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. Raket hədəflərə GPS peyk sistemi və sistemin yaddaşına yazılmış ərazinin elektron xəritəsinə müvafiq özünüyönləndirmə vasitəsilə yönləndirilir.
Bildirildiyinə görə, sınaqlar zamanı – 2006-2012-ci illərdə sınaq platforması kimi modernləşdirilmiş F-4E qırıcısından istifadə olunub. Lakin kütləvi istehsal başlayandan sonra əsas daşıyıcı artıq F-16 olub.

Məlum olduğu kimi, Azərbaycan ordusunda əsas təyyarələr MiQ-29 və Su-25-dir. Görünür, türkiyəli mühəndislərin köməyi ilə bu qırıcıların SOM-a uyğunlaşdırılması işləri aparılıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının ən təhlükəli sürüşmə əraziləri açıqlandı - SİYAHI
Şəhid mayorun nəşi Qaxa gətirildi - Fotolar
Bakıda 46 qızı zorlayan falçı ilə bağlı araşdırma başladı
Teymur Rəcəbov: "Qarışıq hisslər keçirirəm"
Prezident İlham Əliyev Xətaidə yanğın baş verən əraziyə gəldi - FOTOLAR
Zaporojye AES Rusiya qoşunlarının nəzarətinə keçdi


