Türkiyə klubunun azarkeşləri Namik Ələskərovun oynamamasına etiraz edib

Türkiyənin “Bursaspor” klubunun azarkeşləri Namik Ələskərovun TFF 1-ci liqada “Altınordu” ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.
Minval.info “Bursahakimiyet” nəşrinə istinadən xəbər verir ki, fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.
“Timsahlar”ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib.
Qeyd edək ki, Namik Ələskərov yığmanın DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqa 1:2 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində meydana daxil olub. O, İrlandiya ilə 1:1 heç-heçə etdikləri və Portuqaliyaya 0:3 hesabı ilə uduzduqları qarşılaşmaya start heyətdə başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?