Türkiyədə yanğın: Azərbaycanlı bloger cütlük təhlükədə
Azərbaycanlı məşhur bloger cütlük Leyli və İqo hazırda Türkiyənin Fethiye bölgəsində baş verən meşə yanğınlarının təsirindən narahatlıq içindədirlər. Cütlük istirahət üçün getdikləri bu bölgədə yanğınların onların qaldıqları evin yaxınlığına çatması səbəbindən böyük panika yaşayıb.
Minval.info xəbər verir ki, İqo sosial şəbəkə hesabında yanğının evlərinin yaxınlığında olduğunu bildirib. O, “Yanğın düz evimizin yanındadır, meşə yanır… Əşyalarımızı götürüb çıxmalı oluruq. Hər şey sanki filmlərdəki kimidir, çox qorxunc mənzərədir. Allah köməyimiz olsun. İnşallah, tezliklə yanğını söndürə bilərlər. İnşallah, bu dəhşətli gün tezliklə bitər. Tüstüdən nəfəs almaq belə mümkün deyil. Allah hamını qorusun və kömək olsun” sözləri ilə vəziyyəti təsvir edib.
Bloger Leyli də yaşadığı panikanı izləyiciləri ilə bölüşərək, “Allahım, sən qoru. Evimizin yanı yanır, işıqlar-filan kəsildi. Yanğın hər saniyə qalxır, evə yaxınlaşır… Dualarınızı əsirgəməyin!!!” ifadələrini qeyd edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı