Türkiyədə skandal - Oyunların nəticələri şübhə altında...
Türkiyə Super Liqasında qalmaqallı hadisə baş verib.
Minval.info xəbər verir ki, “Super Toto” şans oyunları idarəçilik üçün tender elan edib. Bir çox şirkət tenderə qatılsa da, iki şirkət sona qalıb. Bunlar “İnteltek (Türkcell-Intralot)” və “Şans Girişim Demirören”dir.
“Super Toto” rəsmi mərc qurumudur və tender bu qurumun idarəsi üçün elan edilir. Tenderdə qalib gələn mərc şirkəti müqavilə boyunda şirkəti idarə edir, qazancdan bir miqdar paya sahib olur. Tenderdə isə ən az faiz tələb edən şirkət qalib gəlir. Hazırda “İnteltek (Türkcell-Intralot)” 0.5, “Şans Girişim Demirören” isə 0.2 faiz təklif edib.

Qərar 5 gün içində qəbul ediləcək. Buna baxmayaraq artıq təklifə görə qalib olan şirkət demək olar ki, bəllidir. Bu, “Şans Girişim Demirören” olacaq. Əgər şirkət qalib gələrsə illik 37 milyon TL gəlir əldə edəcək. Məsələnin qalmaqallı tərəfi budur ki, “Şans Girişim Demirören” şirkəti Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörenə aiddir. Bu da futbolsevərlər arasında müzakirələrə səbəb olub.
Oyunlara təsir edəcək vəzifəyə sahib şəxsin həm də mərc şirkətinə 10 illik nəzarət etməsi matçların nətcilələrini şübhə altına sala bilər.
Hər şey 5 gün içində bəlli olacaq.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
