Türkiyədə polis əməliyyat keçirdi - Üç azərbaycanlı qadın saxlanıldı
Türkiyənin Konya şəhərində fahişəliyə qarşı keçirilən əməliyyat nəticəsində üç azərbaycanlı qadın saxlanılıb.
Minval.info “qafqazinfo”-ya istinadən xəbər verir ki, polisin təşkil etdiyi əməliyyatda azərbaycanlı qadınları fahişəliyə cəlb edən iki nəfər də saxlanılıb.
Polis bu gün səhər saatlarında müəyyən edilmiş ünvanlarda əməliyyat keçirərək A.C., M.B., R.J., H.T. və A.G.-ni saxlayıb.
Polisin məlumatına görə, A.C. və M.B. Azərbaycan vətəndaşları R.J., H.T. və A.G.-ni pul müqabilində kişilərlə cinsi əlaqədə olmağa məcbur ediblər.
Şübhəlilər R.J., H.T. və A.G. polis bölməsindəki prosedurlardan sonra deportasiya olunmaları üçün Miqrasiya İdarəsinə təhvil veriləcək.
A.C. və M.B. isə insan alveri, fahişəlik, fahişəlik üçün yer təmin etmə və vasitəçilik maddəsi ilə məhkəməyə çıxarılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səudiyyə Ərəbistanında dörd şəhərdə fövqəladə vəziyyət!
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!