Türkiyədəki meşə yanğınları ilə bağlı vəziyyət necədir?
Türkiyədə 3 vilayətdə meşə yanğınları davam edir.
“Minval.info” “NTV”yə istinadən xəbər verir ki, yanğın hazırda Antalya, Muğla və Isparta vilayətlərində davam edir.
Məlumata əsaən, Aydın və Denilizdəki yanğınlar nəzarət altına alınıb.
16 təyyarə və 51 helikopter yanğın söndürmək üçün başladılan əməliyyatlara havadan dəstək olur.
Antalyada havanın temperaturunun yüksək olması və güclü külək səbəbindən yayılan alovlar Ortakonuş, Çarızözü, Senir, Narağacı, Balkaya ve Ümütlü məhəllələrinə sıçrayıb.
Muğlanın Marmaris bölgəsində küləyin artması səbəbindən alovların da güclənəcəyi bildirilir.
Ispartada isə yanğınlar yaşayış məskənlərinə çatıb və bəzi evlərin sakinləri təxliyyə edilib. Sütçüler adlı blgədə 15 ev zərər görüb, 10 nəfər isə dumanın təsirinə məruz qalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi