Türk tədqiqatçı Riemann hipotezini həll etdiyini iddia edir
Türk əsilli tədqiqatçı Levent Alpöge, süni intellekt şirkəti Anthropic-də işləyərkən, Riemann Hipotezinin həllini tapdığını irəli sürüb. Alpöge, Claude adlı danışıq robotunu istifadə edərək, 160 ildən çoxdur ki, həll olunmayan bu problemi həll etdiyini bildirib. Onun dörd səhifəlik qeydində bu iddia əks olunub.
Minval.info xəbər verir ki, 1859-cu ildə alman riyaziyyatçı Bernhard Riemann tərəfindən ortaya atılmış hipotez, ən əsas məsələlərdən biri olan sadə ədədlərin paylanmasını əhatə edir və abstrakt riyaziyyatın ən böyük açıq problemi kimi qəbul edilir. Alpöge, hazırladığı metodun daha geniş bir versiyası olan Ümumi Riemann Hipotezini də həll etdiyini iddia edir.
Bu iddia hələ müstəqil mənbələr tərəfindən təsdiqlənməyib və kənar mütəxəssislər tərəfindən yoxlanılmayıb. Riemann Hipotezi sahəsində tanınmış mütəxəssis Brian Conrey, AFP-yə verdiyi açıqlamada, “İnsanlıq tarixində çox böyük bir an. Düşünürəm ki, riyaziyyatda indiyə qədər baş verən ən böyük inkişafdır” deyib.
Conrey, Alpögenin internet saytında paylaşdığı qeydləri oxuduğunu və yazılı bir nüsxə tələb etdiyini bildirib. O, “Çox mürəkkəb görünür. Heç bir insanın bunu tapmağa yaxınlaşdığına inanmıram” deyə bildirib və “bunu etmənin daha sadə yolları olacaq” fikrini irəli sürüb.
Alpöge isə Claude’un köməyi ilə sübutun Lean adlı proqramlaşdırma dilində yazılmış bir versiyasını hazırladığını və hələlik yalnız bu versiyanı paylaşdığını açıqlayıb. Lean, riyazi arqumentlərin kompüter mühitində yoxlanılmasına imkan tanıyır. Alpöge, tam yazılı bir mətnin son dərəcə uzun olacağını vurğulayıb və işdə iştirak edən bütün riyazi detallara hələ tam hakim olmadığını, lakin mətnin düzgün şəkildə yazılmasını planlaşdırdığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yapon qida tədqiqatçısı Türkiyənin mətbəx ənənələrini araşdırır
Ramiz Mehdiyevin cəzası ağırlaşdırıla bilər - DETALLAR
Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı
Bəzi anları niyə heç vaxt unutmuruq? Alimlər səbəbini tapdı
Gələcəkdə yay yarım il davam edə bilər – şok proqnoz