23.11.2026 - 15:14
"Sabah" - "Barselona" matçını idarə edəcək hakim tanışdır
İdman 187 baxış

"Sabah" - "Barselona" matçını idarə edəcək hakim tanışdır

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda baş tutacaq “Sabah” – “Barselona” matçını idarə edəcək Nikolas Uolş daha əvvəl Azərbaycan klublarının oyunlarında hakimlik edib. Baku.ws-ın yazdığına görə, şotlandiyalı referi indiyədək dörd dəfə ölkəmizdə keçirilən matçlara təyinat alıb.

Uolşun ilk təyinatı 2019-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin Gürcüstanın “Dinamo” klubuna 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmada olub.

2023-cü ildə o, “Qarabağ”ın Belçikada “Gent”ə penaltilər seriyasında məğlub olduğu UEFA Konfrans Liqasının pley-off görüşündə dördüncü hakim kimi iştirak edib.

Həmin mövsümdə Uolş “Qarabağ”ın Norveçin “Molde” klubuna qarşı 1:0 hesabı ilə qalib gəldiyi Avropa Liqasının qrup mərhələsində VAR hakimi olub. O, həmçinin 2024-cü ilin oktyabrında “Qarabağ” – “Ayaks” matçını idarə edib.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” oyunu saat 21:45-də başlayacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: