23.11.2026 - 15:34
Fransada prezident seçkilərində Le Pen liderliyini qoruyur
Siyasət 156 baxış

Fransada prezident seçkilərində Le Pen liderliyini qoruyur

Fransada 2027-ci il prezident seçkiləri üçün siyasi mübarizə qızışır. Toluna Harris Interactive şirkətinin RTL, M6 və L’Express üçün apardığı araşdırmaya əsasən, mərkəz sağdakı namizədlər arasında rəqabət artıb.

Minval.info xəbər verir ki, onlayn keçirilən sorğu nəticəsində Milli Birlik Partiyasının namizədi Marin Le Penin ilk turda 30-31% səs toplayaraq liderliyini qoruduğu, lakin oktyabr ayında keçirilən ictimai rəy sorğularına nisbətən 3-4% səs itirdiyi məlum olub.

Solçu Boyun Əyməyən Fransa Partiyasının namizədi Jan-Lük Melenşon isə 18-19% səs toplayaraq ikinci sıradakı mövqeyini qoruyur. Mərkəz sağda üstünlük verilən Eduard Filippin isə səs itirdiyi, Kann bələdiyyə başçısı David Lisnardın isə səs faizini artırdığı müşahidə edilib.

Anketdə prezident Emmanuel Makronun partiyası Renesansın namizədi Qabriel Attalın yarışdan çəkilməsi halında mərkəzdəki tarazlığın David Lisnardın xeyrinə dəyişəcəyi proqnozlaşdırılır. Oktyabr ayında Filippin səs faizi 13% olan göstəricisinin 10%-ə düşdüyü, Lisnardın isə 5%-dən 11%-ə yüksələrək sosial demokrat Rafael Qluksman ilə üçüncü yeri paylaşdığı qeyd edilir.

İkinci turda mümkün Melenşon-Le Pen yarışı

Ötən sorğulara görə, ikinci turda Melenşon ilə Le Pen arasında mümkün yarışda Le Penin 65% səs toplayaraq üstünlük əldə edəcəyi gözlənilir. Mərkəz sağda tək namizəd çıxarmaq üçün çağırışlar edilsə də, hələ də ortaq qərara gəlinməyib.

Marine Le Pen, 2012, 2017 və 2022-ci illərdə keçirilən prezident seçkilərində də iştirak etmiş, son iki seçkidə ikinci tura keçmişdi. Le Pen 2017-ci ildəki seçkini 34%, 2022-ci ildə isə təxminən 42% səslə prezident Makrona qarşı uduzmuşdu. Eyni zamanda, Melenşon da son üç seçkidə namizədliyini irəli sürmüş, lakin heç birində ikinci tura keçə bilməmişdi.

Fransada iki dövr ardıcıl prezidentlik etmiş Makron, gələn ilki seçkilərdə yenidən namizəd ola bilməyəcək. Ölkədə iki turlu prezident seçkilərinin ilk turunun 18 aprel, ikinci turunun isə 2 mayda keçirilməsi planlaşdırılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: