Türk məhkəməsindən Branson
İzmir 2-ci Ağır Cinayətlər Məhkəməsi ikinci dəfə amerikalı rahib Endryu Bransonun ölkədən çıxmaq qadağasının ləğv edilməsi və ev həbsindən azad edilməsi ilə bağlı vəkilinin müraciətini rədd edib.
Minval.info yenicag.az-a istinadən xəbər verir ki, Bransonun etiraz tələbi rədd edilərək baxılması üçün daha yüksək qurum olan İzmir 3-cü Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, vəkil İsmail Cem Halavurt iyul ayının sonunda keşiş Bransonun ev həbsi və ölkədən çıxmaq qadağası barədə qərara etiraz etmişti. O, məhkəməyə təqdim etdiyi ərizədə Bransonun PKK və FETÖ terror təşkilatları ilə əlaqələrini sübut edən dəlillərin və müvəkkilinə qarşı irəli sürülmüş “agent” ittihamının hüquqi əsasının olmadığını iddia edib.
Xatırladaq ki, Endryu Branson 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilərək həbs edilib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı