Turizm Agentliyi: "Azərbaycandakı hər bir hotel mütləq şəkildə ulduz kateqoriyasına malik olmalıdır"
“Yeni hazırlanan “Turizm haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda fəaliyyət göstərən hər bir hotel mütləq şəkildə ulduz kateqoriyasına malik olmalıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib. Onun sözlərinə görə, hotellərin ulduz alması üçün onlara müəyyən qədər vaxtın verilməsi nəzərdə tutulur:
“Hotellər fəaliyyətə başlayandan dərhal sonra yox, 6 ay ərzində müvafiq orqanlara müraciət edir. Ona göstərdiyi xidmətlərə uyğun gələn ulduz sertifikatı verilir. Hotel ulduz aldıqdan sonra ona əlavə olaraq 15 gün də vaxt veriləcək ki, bu ulduz barədə məlumatı turizm reyestrinə daxil edə bilsin”.
DTA rəsmisi bildirib ki, hotellərin ulduz verilməsinin məcburiləşməsi turizm sənayesinin inkişafına töhfə verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?